Neft emalı
neftin mexaniki qatışıqlardan təmizlənib distilə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesi (neftin distiləsi). N.e.- neft emalı zavodlarında distilə qurğuları vasitəsilə aparılır. Müasir distilə qurğularının ilik məhsuldarlığı 6 milyon tona yaxındır. Bu zavodlarda emal ediləcək neft, su və duzdan təmizləmək üçün az miqdarda denulqator qatışdırılmış su ilə yuyulur. Əmələ gələn emulsiya 100-140, bəzən də 1600C-yə qədər qızdırıldıqdan sonra elektrik dehidratorlarına verilir. Yüksək temperatur, elektrik sahəsi və demulqatorun birgə təsirindən emulsiya qısa müdətdə parçalanır, ayrılan su, onda həl olunan duzlarla birlikdə sistemdən çıxarılır. Nəticədə neftin tərkibində suyun miqdarı 0,05-0,20%-ə, xloridlərin miqdarı isə 0,5-5,0 mq/l-ə enir.